0
Sunday 19 January 2020 - 23:30

"2020-ci il ABŞ-ın İraqdan qovulacağı il olacaq"

Story Code : 839495
"2020-ci il ABŞ-ın İraqdan qovulacağı il olacaq"
İraqlılar xüsusilə ABŞ prezidenti Donald Trampın son cinayətlərindən sonra ABŞ qoşunlarının İraqdan çıxarılmasını tələb edirlər. ABŞ-ın bir neçə həftə öncə Əl-Qaim hərbi bazasına hücum edərək İraq ordusunun tərkibində olan Həşd əl-Şəbi birləşməsinin onlarla üzvünü qətliam etməsi, daha sonra Bağdad hava limanı yaxınlığında Qasim Süleymani və Əbu Mehdi Əl-Mühəndisi terror etməsi İraq hökuməti və xalqının ciddi etirazına səbəb olub. 
"Kətaibul imam Əli" təşkilatı ABŞ-ın son cinayətlərinə işarə edərək bildirib: 1920-ci ildə İraqda böyük inqilab oldu və işğalçı ingilislər İraqdan qovuldular. İndi isə 2020-ci il ABŞ işğalçılarının İraqdan qovulacağı il kimi tarixə düşəcək!
Bu arada, İraq Fəth koalisiyasının parlamentdəki nümayəndəsi Kərim Əlivi, İraqdakı ABŞ bazalarının onlar üçün həbsxanaya çevrildiyini bildirib. O qeyd edib ki, ABŞ-ın son cinayətləri səbəb olub ki, ABŞ hərbçiləri gecə yatarkən belə müqavimət hərəkatı üzvlərinin hücum edəcəyi qorxusu ilə yatsınlar.
Source : IslamTimes