QR CodeQR Code

"2020-ci il ABŞ-ın İraqdan qovulacağı il olacaq"

IslamTimes , 19 Jan 2020 23:30

İslamTimes: "ABŞ-ın İraqdakı bazaları onlar üçün həbsxanaya çevrilib."


İraqlılar xüsusilə ABŞ prezidenti Donald Trampın son cinayətlərindən sonra ABŞ qoşunlarının İraqdan çıxarılmasını tələb edirlər. ABŞ-ın bir neçə həftə öncə Əl-Qaim hərbi bazasına hücum edərək İraq ordusunun tərkibində olan Həşd əl-Şəbi birləşməsinin onlarla üzvünü qətliam etməsi, daha sonra Bağdad hava limanı yaxınlığında Qasim Süleymani və Əbu Mehdi Əl-Mühəndisi terror etməsi İraq hökuməti və xalqının ciddi etirazına səbəb olub. 
"Kətaibul imam Əli" təşkilatı ABŞ-ın son cinayətlərinə işarə edərək bildirib: 1920-ci ildə İraqda böyük inqilab oldu və işğalçı ingilislər İraqdan qovuldular. İndi isə 2020-ci il ABŞ işğalçılarının İraqdan qovulacağı il kimi tarixə düşəcək!
Bu arada, İraq Fəth koalisiyasının parlamentdəki nümayəndəsi Kərim Əlivi, İraqdakı ABŞ bazalarının onlar üçün həbsxanaya çevrildiyini bildirib. O qeyd edib ki, ABŞ-ın son cinayətləri səbəb olub ki, ABŞ hərbçiləri gecə yatarkən belə müqavimət hərəkatı üzvlərinin hücum edəcəyi qorxusu ilə yatsınlar.


Story Code: 839495

News Link :
https://www.islamtimes.org/az/news/839495/2020-ci-il-abş-ın-iraqdan-qovulacağı-olacaq

Islam Times
  https://www.islamtimes.org