QR CodeQR Code

Putinin son bəyanatları Britaniyanı narahat edib

20 Jan 2020 10:46

İslamTimes: Rusiya nə qədər ki Böyük Britaniyanın və onun müttəfiqlərinin təhlükəsizliyini təhdid edəcəksə, bu müddətdə rəsmi Londonla Moskva arasında münasibətlər normallaşa bilməz.


APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Britaniyanın Baş Naziri Boris Conson Berlində Liviya üzrı beynəlxalq konfrans çərçivəsində Rusiya Prezidenti Vladimir Putinə deyib. Məlumatı Britaniya hökuməti rəhbərinin dəftərxanası yayıb.
“Baş Nazir Rusiyanın Böyük Britaniyanı və onun müttəfiqlərini təhdid edən, vətəndaşlarımızın təhlükəsizliyini və kollektiv təhlükəsizliyi pozan hərəkətləri dayandırmayacağı müddətdə ikitərəfli münasibətlərimizdə heç bir normallaşmanın olmayacağını deyib”, - deyə məlumatda qeyd olunub.
Conson, həmçinin vurğulayıb ki, “Londonun Solsberi məsələsinə dair mövqeyi dəyişilməz olaraq qalır”.


Story Code: 839539

News Link :
https://www.islamtimes.org/az/news/839539/putinin-son-bəyanatları-britaniyanı-narahat-edib

Islam Times
  https://www.islamtimes.org