0
Monday 20 January 2020 - 11:09

"Qasim Süleymaninin qətli ABŞ-ı təcridə məhkum dövlətə çevirir"

Story Code : 839542
"Qasim Süleymaninin qətli ABŞ-ı təcridə məhkum dövlətə çevirir"
İtaliyanın aparıcı informasiya agentliyi olan AGİ ABŞ-ın iranlı generalı Qasim Süleymaniyə qarşı törətdiyi sui-qəsd və bunun nəticələri barədə "Qasim Süleymaninin qətli ABŞ-ı təcridə məhkum dövlətə çevirdi" başlıqlı yazı dərc edib. Yazının əsas tezisləri bunlardır:
1. Qasim Süleymani Yaxın Şərqin böyük bir hissəsində qəhrəman hesab olunur.
2. Qasim Süleymaninin şəxsi keyfiyyətləri hətta düşmənlərini də ona ehtiram göstərməyə vadar edib.
3. Amerika öz maraqlarını beynəlxalq hüquqdan daha üstün tutur. ABŞ-ın iqtisadi və hərbi gücü digərlərini təhdid etmək üçün alət edilib.
4. ABŞ-ın təhdidlərinə qarşı dünyada etirazlar hələlik bəyanat və sözlər səviyyəsindədir.
5. Biz yalnız öz ümumi maraqlarımız üçün deyil, həm də bizim mədəniyyətimiz və sivilizasiyamız üçün Avropa layihəsini daha da möhkəmləndirməliyik. /Deyerler/