0
Monday 20 January 2020 - 21:45

İğtişaşlar Bağdada qayıdır

Story Code : 839682
İğtişaşlar Bağdada qayıdır
Bu gün Bağdadda etirazçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib. Şəhərin müxtəlif nöqtələrində iğtişaşçılar fəallaşıb. İraq Təhlükəsizlik Qüvvələri bildirir ki, ötən gün və bu gün Bağdadda 100 nəfər yaralanıb. Yaralananlardan 17 nəfəri təhlükəsizlik qüvvələrindəndir. Əl Məyadin xəbər verir ki, bu gün Bağdadda atəş səsləri eşidilib. İraqda sabitliyin pozulmasında maraqlı olan xarici xəbər agentlikləri iki aksiyaçının öldüyünü xəbər verib. Ötən gün Bağdadda üç partlayış da qeydə alınıb. Partlayış baş verən məntəqədə yaralanan 6 mülki şəxs xəstəxanaya çatdırılıb.
Source : IslamTimes