0
Tuesday 21 January 2020 - 20:32

BMT-nin keçmiş rəsmisi İsrail rejimini sərt şəkildə qınayıb

Story Code : 839909
BMT-nin keçmiş rəsmisi İsrail rejimini sərt şəkildə qınayıb
Birləşmiş Millətlər Təşkilatının Baş katibinin İnsan Hüquqları üzrə keçmiş köməkçisi Endryu Qilmor, sionistlərin fələstinlilərə etdiyi rəftarı "dəhşətli və izah edilə bilməz" adlandırıb.
"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, 2019-cu ilin sonunda istefa verən Qilmor, İsrailin fələstinlilərlə rəftarının bilərəkdən və alçaldıcı bir iş olduğunu söyləyib. Sionist rejimi dəfələrlə İordan çayının qərb sahilinə və Qəzzaya hücumlar edib və davam etdirməkdədir.
Cümə günü səhər sionist qoşunlar, Əl-Əqsa məscidinə basqın edərək, dua edən fələstinliləri döyüb, onlara atəş açıb və gözyaşardıcı qazdan istifadə edib. Basqın nəticəsində fələstinliləri yaralıyaraq bir neçə nəfəri həbs edib. BMT-nin irqi ayrıseçkiliyin aradan qaldırılması üzrə Komitəsi də bir müddət əvvəl, sionist rejimin fələstinlilərə qarşı irqi ayrıseçkilik zəminində etdiyi basqıları haqda şikayətlərini araşdıracağına söz verib.