QR CodeQR Code

Fransada sarı jiletlilərə edilən təzyiqlər dünyada tənqidlərə səbəb olub

21 Jan 2020 20:46

İslamTimes: Fransada kapitalizmə qarşı etiraz edən sarı jiletlilərə olunan təzyiqlər dünyada geniş tənqidlərə səbəb olub.


Fransanın “BFM” televiziya kanalının verdiyi məlumata görə, mediada və sosial şəbəkələrdə Fransa polisinin nümayişçilərdən biri ilə etdiyi pis rəftar haqqında yayılan video, Fransa prezidenti Emanuel Makron hökumətinə qarşı növbəti dəfə edilən kəskin tənqidlərə səbəb olub.
Videoda polisin mağazanın qarşısında qanayan bir insanın başına və üzünə necə vurduğu göstərilir. Fransa hakimiyyəti 18 yanvar şənbə günü etirazçıların döyülməsi ilə bağlı iki araşdırmanın başladığını elan edib. Fransa polisi şənbə günü Parisdə, sarı jiletlilərin və pensiya islahatlarına etiraz nümayişçilərin etiraz aksiyaları zamanı 60 nəfərin tutulduğunu, bunlardan 45 nəfərin hələ də polis nəzarətində olduğunu açıqlayıb. Makron hökumətinin kapitalist sisteminə və siyasətinə qarşı etirazlar, 17 noyabr 2018-ci il tarixində Fransa daxilində başlayaraq, 62-ci həftəyə çatıb. 5 dekabr 2019-cu ildə Fransada pensiya islahatlarına qarşı tətillər başlayıb və hələ də davam edir.


Story Code: 839912

News Link :
https://www.islamtimes.org/az/news/839912/fransada-sarı-jiletlilərə-edilən-təzyiqlər-dünyada-tənqidlərə-səbəb-olub

Islam Times
  https://www.islamtimes.org