0
Wednesday 22 January 2020 - 09:14

Dövləti tənqid edən reper azadlığa çıxdı

Story Code : 839954
Dövləti tənqid edən reper azadlığa çıxdı
APA-nın məlumatına görə, məşhur reper ötən gün gündüz saatlarında cəza müddətini başa vuraraq azadlığa çıxıb.
Qeyd edək ki, bir ay öncə P.Quluzadə Binəqədi rayonu ərazisində ictimai asayişi və ictimai qaydanın pozulmasına yönəlmiş hərəkətlər etmək ittihamı ilə polis tərəfindən saxlanılıb. Binəqədi rayon Məhkəməsi tərəfindən P.Quluzadə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilinərək barəsində 30 sutka həbs qərarı çıxarılıb.
Pasterin ifa etdiyi repdə "Götürəcəm ölkəni necə Paşabank" ifadəsini işlətdiyinə görə sifarişlə həbs edildiyi bildirilir.