0
Wednesday 22 January 2020 - 11:29

Həşd əl-Şəbi qrupları prezidentə Trampla görüşlə bağlı xəbərdarlıq etdi

Story Code : 839994
Həşd əl-Şəbi qrupları prezidentə Trampla görüşlə bağlı xəbərdarlıq etdi
Son günlərdə ABŞ-ın İraqdakı terror əməliyyatında 30 üzvü, o cümlədən komandirləri olan Əbu Mehdi əl-Mühəndisi itirən İraqın "Kətaib Hizbullah" briqadası bəyanat yayıb. Həşd əl-Şəbinin qruplarından olan Kətaib Hizbullah İraq prezidentinin İsveçrədə Davos forumu çərçivəsində Donald Trampla görüşünə görə prezidentə xəbərdarlıq edib.
Kətaib Hizbullahın Təhlükəsizlik İşləri üzrə məsulu Əbu Əli Əskəri İraq prezidenti Barham Salihə ünvanladığı mesajda deyib: "Biz prezidentdən tələb edirik ki, axmaq Tramp və onun qatil köməkçiləri ilə görüşməsin! Əgər prezident bu bu tələbi nəzərə almayaraq əli İraq xalqının qanına bulaşmış cinayətkarlarla görüşərsə, İraq xalqı buna göz yummayacaq və prezidenti xoş üzlə qarşılamaq əvəzinə əziz və şərəfli paytaxtdan qovacaq!"
Qeyd edək ki, Ən-Nəcba təşkilatı da İraq prezidentindən Trampla görüşməməyi tələb edib və deyib: "Təəccüblüdür ki, işğalçıların qovulmasına qərar verən bir millətin və parlamentin nümayəndəsi olan prezident, İraq hökuməti və parlamentinin ölkəni tərk etməklə bağlı qərarını tapdayaraq, İraqı tərk etməyəcəyini bildirən işğalçı ABŞ-ın dövlət başçısı ilə bir masa arxasında otursun."