0
Wednesday 22 January 2020 - 14:58

Mişel Aun yeni nazirlərə müraciət etdi: Xalqın güvənini qazanın

Story Code : 840032
Mişel Aun yeni nazirlərə müraciət etdi: Xalqın güvənini qazanın
Livan prezidenti Mişel Aun Baabd Sarayında yeni nazirlərlə iclas keçirib. Prezident deyib: "Çox mühüm bir vəzifəniz var. Livan xalqının güvənini qazanmalı və onlar üçün önəmli olan hədəflərin gerçəkləşdirilməsi üçün səy göstərməlisiniz. Uzun illər ərzində bir-birinin üzərinə əlavə olan problemlər səbəbindən iqtisadi vəziyyət pisləşib. Siz bütün gücünüzlə vəziyyəti normallaşdırmağa çalışmalısınız."
Livanın yeni Nazirlər Kabineti dünən Hassan Diabın rəhbərliyi ilə formalaşıb. Yeni kabinetdə dörd qadın da daxil olmaqla 20 nazir yer alıb.
Qeyd edək ki, Livanın yeni baş naziri Hassan Diab keçmiş təhsil naziridir. Livanın Hizbullah təşkilatı Diabın namizədliyini irəli sürmüşdü.
Source : IslamTimes