QR CodeQR Code

İraq prezidentinin müşaviri prezidentin Trampla görüşünə görə istefa verdi

IslamTimes , 22 Jan 2020 22:58

İslamTimes: İraq prezidentinin müşaviri Əhməd Əl-Yasiri prezidentin ABŞ-lı həmkarı Donald Trampla görüşməsinə etiraz olaraq istefa verib


Əl-Əhd televiziya kanalı bu gün yayımladığı xəbərdə bildirib ki, Barham Salihin müşaviri Əhməd Əl-Yasiri prezidentin Davos forumu çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşünə etiraz olaraq tutduğu vəzifədən istefa verib.
İraq və ABŞ prezidentləri İsveçrədə keçirilən 5-ci Davos zirvəsi zamanı görüşüblər.
ABŞ-ın son günlərdə general Qasim Süleymani Əbu Mehdi Əl-Mühəndisə qarşı terror əməliyyatı, Kətaib-Hizbullah təşkilatının 30 üzvünü qətliam etməsi İraqda Amerika əleyhinə aksiyaların keçirilməsinə səbəb olub.
Qeyd edək ki, İraq prezidenti İsveçrəyə yollanan zaman İraq əhalisi, Kətaib-Hizbullah və digər təşkilatlar prezidentə xəbərdarlıq edərək əli İraq xalqının qanına bulaşan Donald Trampla görüşməməsini istəmişdi.


Story Code: 840130

News Link :
https://www.islamtimes.org/az/news/840130/iraq-prezidentinin-müşaviri-prezidentin-trampla-görüşünə-görə-istefa-verdi

Islam Times
  https://www.islamtimes.org