QR CodeQR Code

Tripoli hava limanı fəaliyyətini bərpa edib

22 Jan 2020 20:21

İslamTimes: Liviyanın paytaxtı Tripolinin "Mitiga" beynəlxalq hava limanı bu gün raket atəşi səbəbindən müvəqqəti bağlandıqdan sonra fəaliyyətini bərpa edib


“Report” bu barədə TASS-a istinadən xəbər verir.
Bundan əvvəl raket zərbəsinə məruz qalan hava limanında təyyarələrin eniş-qalxışının dayandırıldığı xəbər verilmişdi. Paytaxtdakı Liviya Milli Uzlaşma Hökumətinin silahlı qüvvələrinin sözçüsü Məhəmməd Qanuno bununla bağlı Liviya Milli Ordusunu ittiham edərək hava limanına 6 ədəd “Qrad” raketinin atıldığını, bu kimi addımların tərəflər arasında atəşkəs tarazlaşmasına zidd olduğunu bildirmişdi.


Story Code: 840132

News Link :
https://www.islamtimes.org/az/news/840132/tripoli-hava-limanı-fəaliyyətini-bərpa-edib

Islam Times
  https://www.islamtimes.org