QR CodeQR Code

Avropa söz verdiyi pulun yarısını ödəməyib - Çavuşoğlu

23 Jan 2020 09:19

İslamTimes: Avropa Birliyi Türkiyədəki qaçqınlar üçün söz verdiyi 6 milyard avronun yarısını belə ödəməyib.


Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Almaniyanın “Bild” qəzetinə müsahibəsində deyib.
“Avropa Birliyi 2016-cı ilin sonlarında qaçqınlara dəstək üçün 6 milyard avro təzminat ödəyəcəkləri ilə bağlı bizimlə müqavilə imzalamışdı. Müqavilənin şərtlərinə görə, ilkin olaraq 3 milyard, 2018-ci ilin sonlarında isə qalan hissəsi ödənməli idi. Artıq 2020-ci ildəyik, hələ də ilk 3 milyardın tamamı ödənməyib”, - nazir qeyd edib.


Story Code: 840172

News Link :
https://www.islamtimes.org/az/news/840172/avropa-söz-verdiyi-pulun-yarısını-ödəməyib-çavuşoğlu

Islam Times
  https://www.islamtimes.org