QR CodeQR Code

Sürixdə Davos forumunun əleyhdarları ilə polis toqquşub

23 Jan 2020 10:00

İslamTimes: Sürixdə Dünya İqtisadi Forumunun (DİF) əleyhdarları ilə polis arasında toqquşma baş verib, polis gözyaşardıcı qazdan, su şırnaqlarından və rezin güllələrdən istifadə edib


“Report” İsveçrə KİV-inə istinadən xəbər verir ki, bu barədə yanvarın 23-nə keçən gecə İsveçrə polisi məlumat verib.
Radikal ruhlu nümayişçilər fayerlər yandırıb, polisə içki şüşələri atıblar. Üç nəfər saxlanılıb. Yanıq xəsarətləri alan yoldan keçən şəxs və aldığı yara barədə heç bir əlavə məlumat olmayan polis işçisi xəstəxanaya aparılıb.
İğtişaşların hökumətlə razılaşıdırılmış və bir neçə yüz adamın iştirak etdiyi “Sürixdə DİF-yə qarşıdır” aksiyası zamanı baş verdiyi bildirilir.
İllik Davos Forumu yanvarın 21-də başlayıb və 24-dək davam edəcək. Təşkilatçılar 117 ölkədən 3000 rəsmi şəxsin iştirak etdiyini bildirib.


Story Code: 840175

News Link :
https://www.islamtimes.org/az/news/840175/sürixdə-davos-forumunun-əleyhdarları-ilə-polis-toqquşub

Islam Times
  https://www.islamtimes.org