0
Thursday 23 January 2020 - 14:23

Cavad Zərif Səudiyyə Ərəbistanının XİN başçısına cavab verib

Story Code : 840271
Cavad Zərif Səudiyyə Ərəbistanının XİN başçısına cavab verib
APA-nın Tehran bürosunun məlumatına görə, Cavad Zərif özünün “Twitter” səhifəsində İranın qonşu ölkələrlə danışıqlara həmişə açıq olduğunu qeyd edib.
"İran bölgənin mənafeyi və sabitliyi üçün atılacaq hər bir addımı dəstəkləyir və xalqlara ümid verəcək hər bir addıma şərik olmağa hazırdır”, - deyə İran XİN başçısı vurğulayıb.
Xatırladaq ki, ötən gün Səudiyyə Ərəbistanının XİN başçısı Feysəl bin Fərhan əl-Səud Davos İqtisadi Forumunda çıxışı zamanı ölkəsinin İranla danışıqlara hazır olduğunu bildirib.