QR CodeQR Code

İsrail rejimi Qəzzanın şimalına iki raket atdı

23 Jan 2020 18:49

İslamTimes: Dünən gecə (22 yanvar) İsrail rejiminin helikopterlərinin Qəzzanın şimal sərhədindəki Zəkim bölgəsinə iki raket atdığı bildirilib.


Deyerler.org Palinfo-ya istinadən xəbər verir ki, yerli mənbələr partlayışların səsinin İsrail rejimi helikopterlərinin iki hücum həyata keçirməsindən sonra Qəzzanın şimal hissəsində eşidildiyini qeyd edib.
Mənbələr işğalçı qüvvələrin eyni anda havaya da işıqlandırma bombalar atdığını və bu vaxt reallaşdırdıqları hücumların da səslərinin eşidildiyini qeyd ediblər.
Sionistlərə aid xəbər mənbələrində bəzi fələstinli gənclərin sərhəddən keçməyə çalışdığı iddia edilib. Ancaq bu mövzunun təfərrüatları barədə heç bir məlumat verilməyib. /Deyerler/


Story Code: 840335

News Link :
https://www.islamtimes.org/az/news/840335/israil-rejimi-qəzzanın-şimalına-iki-raket-atdı

Islam Times
  https://www.islamtimes.org