0
Saturday 25 January 2020 - 14:40

Suriyada ABŞ və Rusiya patrulları arasında toqquşma baş verib

Story Code : 840624
Suriyada ABŞ və Rusiya patrulları arasında toqquşma baş verib
Məlumata görə, Suriyadakı İnsan Hüquqları Monitorinq mərkəzi bildirib: “Rusiya hərbçiləri “M-4” beynəlxalq magistral yoldan Tel-Tamra tərəfə keçərkən, ABŞ patrulları Hattin yanacaqdoldurma məntəqəsinin yaxınlığında, kəsişmə yerində onları saxlayıb.
"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, ABŞ qüvvələri Karziyrat kəndi yaxınlığında Rusiya hərbi patrulunun yolunu bağlamışdı. Rus karvanı yenidən ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri tərəfindən nəzarət edilən İraq sərhədindəki Simalka keçid məntəqəsindən keçməyə çalışmışdı, lakin ABŞ qüvvələri onları içəri buraxmayaraq, Kamışlı Hava Limanına qayıtmağa məcbur etdi.