0
Saturday 25 January 2020 - 15:43

Şotlandiya polisi hicabı rəsmən uniformasına daxil etdi

Story Code : 840643
Şotlandiya polisi hicabı rəsmən uniformasına daxil etdi

Deyerler.org Newsbox-a istinadən xəbər verir ki, Şotlandiya polisindən verilən yazılı açıqlamada belə qeyd olunub: “ Qərar əvvəllər polis olmağı bir peşə seçimi kimi görməyən müsəlman icmasından olan qadınları bu mövzunu yenidən düşünməyə təşviq etmək məqsədiylə verildi”.
 
Açıqlamada qərarın polis orqanının cəmiyyətdəki fərqli təbəqələri daha yaxşı təmsil etmələrinə də imkan veriləcəyi qeyd edilib.
 
Hicab 2001-ci ildən etibarən Britaniya polisinin uniforma variantları arasında olsa da, Şotlandiyada hicab istifadəsi polis rəislərinin icazəsinə tabe idi.
 
Keçən il Şotlandiyada polis olmaq üçün müraciət edən 4809 adamdan yalnız 127 nəfərin fərqli bir etnik və ya dini icmaya aid olduğu ortaya çıxmışdı.
 
Bu sayın ölkədəki etnik və ya dini qrupların nisbətinə uyğun olması üçün 650 nəfərə qədər artması bildirilir.
 
 
İngiltərə, Uels, Şotlandiya və Şimali İrlandiyadan ibarət Böyük Britaniyanın 66 milyondan çox olan əhalisinin təxminən 3.5 milyonunu müsəlmanlar təşkil edir.
 
Source : Deyerler
Tagged
hicab
Comment