QR CodeQR Code

Sionistlər Qüdsdə bir məscidi yandırdılar

Deyerler , 25 Jan 2020 16:06

İslamtimes - Sionist gəlmələr işğal altındakı Şərqi Qüdsdə bir məscidi yandırıb, divarlarına irqçi şüarlar yazıblar.



Deyerler.org Palinfo-ya istinadən xəbər verir ki, İsrail rejiminin polisi açıqlama verərək, Şərqi Qüdsün Beyt Safafa qəsəbəsində bir məscidin yandırıldığını və xarici divarlarında irqçi şüarların yazıldığını təsdiqləyib.
 
Açıqlamada, məscidin bir hissəsinin yandırıldığı və polisin hadisə ilə əlaqədar istintaq başlatdığı bildirilib.
 
Hadisə şahidləri yandırılan məscidin Beyt Safafa qəsəbəsindəki Bədriyyə məscidi olduğunu söyləyib.
 
Şahidlər yanğını məhəllə sakinlərinin söndürdüyünü qeyd ediblər.
 


Story Code: 840648

News Link :
https://www.islamtimes.org/az/news/840648/sionistlər-qüdsdə-bir-məscidi-yandırdılar

Islam Times
  https://www.islamtimes.org