QR CodeQR Code

Tramp həqiqətləri gizlədir!

IslamTimes , 25 Jan 2020 19:06

İslamTimes: Elizabet Varen Donald Trampın İranın hücumu ilə bağlı gizli saxladığı həqiqətlər haqda danışıb


ABŞ-da 2020-ci il prezident seçkilərinə namizədlərdən olan demokrat senator Elizabet Varen (Elizabeth Warren) İranın ABŞ-ın İraqdakı Eynul-Əsəd bazasına hücumu və Donald Trampın bu hadisə ilə bağlı gizli saxladığı həqiqətlər haqda danışıb. 
Elizabet Varen Twitter səhifəsində yazıb: "Tramp İranla qarşıdurma alovunu qızışdırdı, daha sonra da onun səbəb olduğu gərginlik üzündən (İranın hücumu nəticəsində) yaralanan ABŞ əskərlərinin həm sayını, həm də çəkdiyi zərəri kiçildərək, gizlətdi!"
Senator daha sonra prezident seçkilərində qalib gələcəyi təqdirdə həyata keçirəcəyi planlar haqda yazıb: "Mən Senatdakı fəaliyyətlərimlə beyin travması alan şəxslərin müalicəsinin yaxşılaşdırılmasına çalışmışam. Prezident seçilsəm bu travmalara səbəb olan müharibələrə son verəcəyəm!"
Qeyd edək ki, Tramp İranın hücumu ilə bağlı gizlətdiyi həqiqətlərin hər gün yeni bir detalını ictimaiyyətə açmaq məcburiyyətində qalır. Qeyd edək ki, ABŞ dövləti cümə axşamı yeni açıqlama verərək İranın ABŞ bazasına hücumu zamanı 34 hərbçinin ciddi beyin travması aldığını etiraf edib.
İran İnqilab Keşikçiləri Korpusunun rəhbəri isə bildirib ki, Sepahın ABŞ-a hücumu zamanı 134 hərbçi həlak olub, 245 nəfər isə yaralanıb.


Story Code: 840687

News Link :
https://www.islamtimes.org/az/news/840687/tramp-həqiqətləri-gizlədir

Islam Times
  https://www.islamtimes.org