0
Saturday 25 January 2020 - 22:15

İraq Hizbullahı: İraq xalqının inqilabı ABŞ-ın Yaxın Şərqi tərk etməsinə qədər davam edəcək

Story Code : 840722
İraq Hizbullahı: İraq xalqının inqilabı ABŞ-ın Yaxın Şərqi tərk etməsinə qədər davam edəcək
İraqın "Kətaib Hizbullah" Müqavimət Hərəkatı İraq xalqının cümə günü keçirdiyi milyonluq aksiyası haqda bəyanat yayıb. Bəyanatda deyilir:
"ABŞ-ın işğalçı siyasətinə qarşı baş tutan bu əzəmətli yürüş, düşünən insanlar üçün açıq bir mesaj idi. ABŞ əhalisi axmaq dövlət başçılarına ordunu İraqdan çıxarmaqla bağlı təzyiq göstərməlidir...
İraq xalqı 1920-ci ildən sonra ikinci böyük inqilabını etdi. 2020-ci il inqilabı ABŞ qüvvələrinin təkcə İraqdan deyil, bütün Orta Şərq ölkələrindən çıxarılması ilə nəticələnməlidir!"
Qeyd edək ki, ABŞ-ın bir neçə həftə öncə İraqa hava hücumu nəticəsində Həşd əl-Şəbi təşkilatının qanadlarından olan Kətaib Hizbullahın 30 üzvü, o cümlədən komandirləri Əbu Mehdi əl-Mühəndis şəhid edilib.
ABŞ-ın bu təcavüzündən sonra İraq Parlamenti ABŞ qüvvələrinin İraqdan çıxarılması ilə bağlı qərar qəbul edib.
Source : IslamTimes