QR CodeQR Code

İraq Hizbullahı: İraq xalqının inqilabı ABŞ-ın Yaxın Şərqi tərk etməsinə qədər davam edəcək

IslamTimes , 25 Jan 2020 22:15

İslamTimes: "Kətaib Hizbullah" Müqavimət Hərəkatı İraq xalqının cümə günü keçirdiyi milyonluq aksiyası haqda bəyanat yayıb


İraqın "Kətaib Hizbullah" Müqavimət Hərəkatı İraq xalqının cümə günü keçirdiyi milyonluq aksiyası haqda bəyanat yayıb. Bəyanatda deyilir:
"ABŞ-ın işğalçı siyasətinə qarşı baş tutan bu əzəmətli yürüş, düşünən insanlar üçün açıq bir mesaj idi. ABŞ əhalisi axmaq dövlət başçılarına ordunu İraqdan çıxarmaqla bağlı təzyiq göstərməlidir...
İraq xalqı 1920-ci ildən sonra ikinci böyük inqilabını etdi. 2020-ci il inqilabı ABŞ qüvvələrinin təkcə İraqdan deyil, bütün Orta Şərq ölkələrindən çıxarılması ilə nəticələnməlidir!"
Qeyd edək ki, ABŞ-ın bir neçə həftə öncə İraqa hava hücumu nəticəsində Həşd əl-Şəbi təşkilatının qanadlarından olan Kətaib Hizbullahın 30 üzvü, o cümlədən komandirləri Əbu Mehdi əl-Mühəndis şəhid edilib.
ABŞ-ın bu təcavüzündən sonra İraq Parlamenti ABŞ qüvvələrinin İraqdan çıxarılması ilə bağlı qərar qəbul edib.


Story Code: 840722

News Link :
https://www.islamtimes.org/az/news/840722/iraq-hizbullahı-xalqının-inqilabı-abş-ın-yaxın-şərqi-tərk-etməsinə-qədər-davam-edəcək

Islam Times
  https://www.islamtimes.org