0
Saturday 25 January 2020 - 21:24

Tramp özünü itlə müqayisə etdi

Story Code : 840734
Tramp özünü itlə müqayisə etdi
Xüsusi ilə İslam dünyasındakı cinayətlərinə görə ABŞ xalqının da gözündən düşən Tramp özünü itlə müqayisə edib. Belə ki, CNN kanalının müxbiri tərəfindən yayımlanan səs yazısında Tramp gileylənərək deyib: 
"KİV sabiq İŞİD lideri Əbu-Bəkr Əl-Bağdadinin öldürülməsinə görə məni təbliğ edib, təşəkkür etməkdən daha çox əməliyyatda iştirak edən bir iti reklam etdi. Bəli bu it məndən daha çox təqdir olundu və haqqında yazılanlardan sonra dünyada məşhur oldu..."
Qeyd edək ki, son zamanlar İraqda həlak olan və yaralanan ABŞ hərbçiləri ilə bağlı həqiqətləri gizlədən Donald Tramp öz imicini qorumağa çalışır. ABŞ əhalisi isə Trampın Amerikanı böhranla üzləşdirməkdən başqa bir iş görmədiyini bildirərək, onun istefasını tələb edir.
Source : IslamTimes