QR CodeQR Code

ABŞ-a vurulan sillələr onlar məntəqəni tərk edənədək davam edəcək

IslamTimes , 25 Jan 2020 23:45

İslamTimes: "Yaxın Şərq və İslam dünyası ABŞ üçün təhlükəsiz olmayacaq! Onların bölgəni tərk etdiklərinə şahid olacağıq!"


İranın Basic Təşkilatının rəhbəri Qulamrza Süleymani Yəmənin Əl-Məsirə şəbəkəsi ilə müsahibəsi zamanı deyib: 
"ABŞ-ın Sepahın Qüds Qüvvələri komandanı Qasim Süleymanini namərdcəsinə terror etməsinə cavab olaraq İran ABŞ-a ilk silləni vurub. Amma sillələr ABŞ məntəqəni tərk edənədək davam edəcək."
Bəsic rəhbəri əlavə edib: "Yaxın Şərq və İslam dünyası amerikalılar üçün təhlükəsiz olmayacaq! Biz tezliklə onların bölgəni tərk etdiklərinə şahid olacağıq!"
Qeyd edək ki, ABŞ prezidentliyinə namizədlərdən olan Elizabet Varen və Co Bayden İranın İraqdakı ABŞ bazasına hücumunun KİV-də yayımlanan xəbərlərdən daha ağır olduğunu bildirirlər. Onlar Trampın bu məsələ ilə bağlı həqiqətləri ört-bastır etməsini iyrənc adlandırıblar.


Story Code: 840737

News Link :
https://www.islamtimes.org/az/news/840737/abş-a-vurulan-sillələr-onlar-məntəqəni-tərk-edənədək-davam-edəcək

Islam Times
  https://www.islamtimes.org