QR CodeQR Code

Yəmən Ənsarullahı Ərəb ölkələrə: Amerika və İsrailə asılılıqdan çəkinin

Islamazeri , 26 Jan 2020 18:13

İslamtimes - Yəmən Ənsarullahı İraq xalqının Amerikanın bu ölkədəki hərbi fəaliyyətinə qarşı milyonluq aksiyalarını dəstəkləyib.



İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Yəmən Ənsarullah hərəkatının sözçüsü Məhəmməd Əbdüssalam İraq xalqının ABŞ-ın bu ölkədəki hərbi fəaliyyətlərinə qarşı milyonluq etiraz aksiyasını yüksək qiymətləndirib.
"Bütün ərəb xalqları İraq xalqına dəstək verməlidirlər.", -deyə o bildirib.
Ənsarullah sözçüsü bəzi Ərəb ölkələrinin rəhbərlərini həqiqi müstəqilliyə düşünməyə, Amerika və İsrailə asılılıqdan çəkinməyə çağırıb. 
İraqda ABŞ-ın varlığını etiraz edən yüz minlərlə iraqlı mitinq, aksiya və yürüş keçiriblər.
Etirazlar "Haşdi Şabi" və Sədr hərəkatının birlikdə xalqa müraciətindən sonra daha izdihamlı olub.
Milyonluq etiraza qatılanlar ABŞ əleyhinə şüar səsləndiriblər.
 


Story Code: 840829

News Link :
https://www.islamtimes.org/az/news/840829/yəmən-ənsarullahı-ərəb-ölkələrə-amerika-və-israilə-asılılıqdan-çəkinin

Islam Times
  https://www.islamtimes.org