0
Sunday 26 January 2020 - 19:13

İraqdakı milyonluq aksiya ABŞ-ı reaksiya göstərməyə məcbur etdi

Story Code : 840835
İraqdakı milyonluq aksiya ABŞ-ı reaksiya göstərməyə məcbur etdi
ABŞ müdafiə nazirinin köməkçisi Conatan Ras Hoffman İraq xalqının ABŞ-ın işğalçı siyasətinə qarşı milyonluq aksiyasından sonra jurnalistlər qarşısına çıxaraq Vaşinqtonun Qərbi Asiya ölkələri ilə bağlı siyasəti haqda danışıb. 
Jurnalistlərdən biri Hoffmana İraq xalqının əzəmətli aksiyası ilə bağlı sual ünvanlayaraq deyib:
"Siz dediniz ki, İraq xalqının əksəri ABŞ hərbçilərinin İraqda qalmasını istəyir. Amma cümə günü Bağdadda milyonlarla iraqlı ABŞ hərbçilərinin İraqdan çıxarılması tələbi ilə aksiya keçirdi. Siz elə düşünürsünüz ki, Pentaqon bu insanları təkcə İran İslam Respublikasını sevdikləri üçün görməzdən gəlməlidir?"
Hofman jurnalistin cavabında deyib:
"İraqda baş verən hadisələrə nəzər salsanız görərsiniz ki, orada tez-tez aksiyalar keçirilir. Əgər bir neçə ay öncəki aksiyaları yada salsanız görərsiniz ki, orada İran əleyhinə də şüarlar səsləndirirdilər..."
ABŞ İraqla bağlı hadisələrdə də həmişəki kimi yalana üz tutdu və ABŞ əleyhinə milyonluq aksiyanı görməzdən gəldi. Hoffman iddia edib ki, İraq xalqı ABŞ-ın bu ölkədəki mövcudiyyətinin tərəfdarıdır və ABŞ İraq ordusunu gücləndirir, İŞİD-lə mübarizə aparır.
İŞİD-in məntəqədə kökünü kəsmiş SEPAH generalı Qasim Süleymanini terror edən bir ölkənin "ABŞ İŞİD-lə mübarizə aparır" deməsi çox gülüncdür.
Source : IslamTimes