0
Sunday 26 January 2020 - 19:44

Liberman: "Əsrin müqaviləsi" planının elan olunma zamanı olduqca şübhəlidir

Story Code : 840842
Liberman: "Əsrin müqaviləsi" planının elan olunma zamanı olduqca şübhəlidir
Sionist rejimin sabiq müdafiə naziri Aviqdor Liberman deyib: "ABŞ prezidenti Donald Trampın seçkilərə həftələr qalmış dildə "Yaxın Şərq sülh planı" adlandırılan müqaviləni ortaya qoyması olduqca şübhəli bir hadisədir. Bunu unutmayaq ki, İsraildə parlament seçkilərinə cəmi 5 həftə qalıb. Tramp Netanyahu ilə razılaşdırılmış bu planla 2 mart seçkilərində Netanyahunun şansını artırmaq niyyətindədir."
Liberman əlavə edib: "Hər kəs bu "sülh planı" ilə bağlı açıqlamaları uzun zamandan bəri gözləyirdi. Amma seçkilərə 5 həftə qalmış bu planın açıqlanması plan haqda ciddi müzakirələr aparılmasının önünü kəsir. Seçkilər səbəbindən plan müzakirəyə çıxarıla bilməz. Elə bu məqam da olduqca şübhəlidir..."
İsrailin 13-cü kanalı adı çəkilən planda Qüdsün tamami ilə sionist rejimin ixtiyarına verilməsinin nəzərdə tutulduğunu bildirib. Fələstinin isə Qüdsdə simvolik bir nümayəndəliyi olacağı iddia edilir.
Source : IslamTimes