QR CodeQR Code

Liberman: "Əsrin müqaviləsi" planının elan olunma zamanı olduqca şübhəlidir

IslamTimes , 26 Jan 2020 19:44

İslamTimes: "ABŞ prezidenti Netanyahunun seçkidə qalib gəlməsinə kömək üçün "əsrin müqaviləsi" sülh planını açıqladı"


Sionist rejimin sabiq müdafiə naziri Aviqdor Liberman deyib: "ABŞ prezidenti Donald Trampın seçkilərə həftələr qalmış dildə "Yaxın Şərq sülh planı" adlandırılan müqaviləni ortaya qoyması olduqca şübhəli bir hadisədir. Bunu unutmayaq ki, İsraildə parlament seçkilərinə cəmi 5 həftə qalıb. Tramp Netanyahu ilə razılaşdırılmış bu planla 2 mart seçkilərində Netanyahunun şansını artırmaq niyyətindədir."
Liberman əlavə edib: "Hər kəs bu "sülh planı" ilə bağlı açıqlamaları uzun zamandan bəri gözləyirdi. Amma seçkilərə 5 həftə qalmış bu planın açıqlanması plan haqda ciddi müzakirələr aparılmasının önünü kəsir. Seçkilər səbəbindən plan müzakirəyə çıxarıla bilməz. Elə bu məqam da olduqca şübhəlidir..."
İsrailin 13-cü kanalı adı çəkilən planda Qüdsün tamami ilə sionist rejimin ixtiyarına verilməsinin nəzərdə tutulduğunu bildirib. Fələstinin isə Qüdsdə simvolik bir nümayəndəliyi olacağı iddia edilir.


Story Code: 840842

News Link :
https://www.islamtimes.org/az/news/840842/liberman-əsrin-müqaviləsi-planının-elan-olunma-zamanı-olduqca-şübhəlidir

Islam Times
  https://www.islamtimes.org