QR CodeQR Code

"İran xalqına qarşı sanksiyalara son, müharibə istəmirik!"

IslamTimes , 26 Jan 2020 20:16

İslamTimes: Boston sakinləri müharibə əleyhinə aksiya keçirərək İrana qarşı sanksiyalara son verilməsini və ABŞ qüvvələrinin İraqdan çıxarılmasını tələb ediblər


ABŞ-ın Massaçusets ştatının paytaxtı olan Boston şəhəri sakinləri şənbə günü ABŞ hakimiyyətinin Yaxın Şərqdəki son hərbi əməliyyatlarına etiraz edərək İrana qarşı tətbiq edilmiş sanksiyalara son qoyulmasını tələb ediblər.
CBS kanalının da bu haqda yayımladığı xəbərdə deyilir: Bostonun mərkəzində keçirilən aksiya iştirakçıları ABŞ-la İran arasında hərbi qarşıdurma yarana biləcəyinə görə narahat olduqlarını bildirir...
Nümayiş təşkilatçılarından biri bəyanat oxuyaraq deyib: "Tələbimiz ABŞ dövlətinin hərbi qarşıdurmadan çəkinməsi və İraq parlamentinin tələbinə uyğun olaraq İraqdakı Amerika qoşunlarının tamamilə geri qaytarılmasıdır!"
Başqa bir nümayişçi bölgədəki son qarşıdurmalarda ABŞ-ın böyük məbləğdə pullar xərcləməsinə etiraz edərək deyib: "Heç bir nəticəsi olmayan müharibələrə trilyonlarla dollar xərcləyirik və bu qarşıdurmaların sonu da yoxdur! Artıq İranla müharibə istəmirik. İran xalqına tətbiq olunan sanksiyalara son qoyulmasını istəyirik. İran xalqı əziyyət çəkir."


Story Code: 840850

News Link :
https://www.islamtimes.org/az/news/840850/iran-xalqına-qarşı-sanksiyalara-son-müharibə-istəmirik

Islam Times
  https://www.islamtimes.org