0
Monday 27 January 2020 - 07:44

Gürcüstanda xalq ABŞ əleyhinə etiraza qalxdı - "Rədd olun!"

Story Code : 840899
Gürcüstanda xalq ABŞ əleyhinə etiraza qalxdı - "Rədd olun!"
Teleqraf.com xəbər verir ki, aksiyada mindən çox insan iştirak edib.
Onlar Gürcüstanda sosioloji sorğularla məşğul olan Milli Demokratik İnstitutun (NDI) və Beynəlxalq Respublikaçı İnstitutunun (IRI) fəaliyyətinin qadağan olunmasını tələb ediblər.
Partiyanın lideri və parlamentin deputatı İrma İnaşvili çıxış edərək bildirib ki, hər iki institut Gürcüstan dövləti üçün əsl təhlükə mənbəyidir.
Deputat deyib: “Biz heç kəsin müstəmləkəsi deyilik və yalanlara birlikdə “yox" deməliyik. NDI yoxdur! IRI yoxdur! Bu gün biz Amerika səfirliyi qarşısında ucadan bildiririk ki, bu təşkilatların Gürcüstandakı fəaliyyəti qadağan edilməlidir. Onlar Gürcüstandan getməlidirlər”.
Nümayişçilər hesab edirlər ki, NDI və IRI bir sıra müxalifət partiyalarının xeyrinə işləyir və sosioloji sorğuların doğru olmayan nəticələrini dərc edərək, Gürcüstan hakimiyyətini bu faktları araşdırmağa çağırır.Aksiyada çıxış edənlər bəzi ölkələrdə hər iki institutun fəaliyyətinin qadağan edildiyini vurğulayıb, bunu həmin dövlətlərin düzgün qərarı olduğunu bildiriblər.
Aksiyanın sonunda bəyanat oxunub və sənəd səfirliyə təqdim edilib.