0
Monday 27 January 2020 - 12:20

Çindəki tələbələrimiz niyə ölkəyə gətirilmir? - Nazir

Story Code : 840959
Çindəki tələbələrimiz niyə ölkəyə gətirilmir? - Nazir
Onlardan 62-si dövlət xətti ilə gedib. Virusun yayıldığı şəhərdə isə 7 tələbəmiz var.
Axar.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
C.Bayramov qeyd edib ki, epidemiyanın yayıldığı şəhərdəki tələbələrimizlə Azərbaycanın Çindəki səfirliyi əlaqə yaradıb:
“Bilirsiniz ki, epidemiyanın yayıldığı əraziyə giriş-çıxışla bağlı məhdudiyyət qoyulub. Hazırda orada 7 azərbaycanlı tələbə var. Səfirlik onların hər biri ilə əlaqə yaradıb.
Bizdə olan məlumata əsasən, 50-dən çox ölkə Çində olan tələbələrinin oradan çıxarılması üçün müraciət edib. Bununla bağlı Çinin Xarici İşlər Nazirliyi tədbir keçirəcək. Orada Çində təhsil alan tələbələrlə bağlı da məsələyə aydınlıq gətiriləcək. Biz də onların verəcəyi qərarı gözləyirik. Bu məsələ açıqlanandan sonra həmin şəxslərin çıxarıması ilə bağlı addım atıla bilər. Biz bu məsələni diqqətdə saxlamışıq”.
C.Bayramov bildirib ki, Azərbaycanda yaşayan çinli tələbələrlə bağlı heç bir problem qeydə alınmayıb.