0
Monday 27 January 2020 - 13:34

Boliviyanın müvəqqəti prezidenti hökuməti istefaya göndərib

Story Code : 840964
Boliviyanın müvəqqəti prezidenti hökuməti istefaya göndərib
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Boliviya Dövlət Radio və Televiziyası (RTP) məlumat yayıb.
Qeyd olunub ki, Janin Anyes yaxın gələcəkdə Nazirlər Kabinetinin yeni tərkibini təqdim edəcək.
“Prezident Janin Anyes nazirlərin istefası üçün vəsatət qaldırıb. O, qarşıya qoyulan hədəflərə çatmaq üçün hökumət komandasını ən qısa müddətdə təsdiqləyəcək” - televiziyanın “Twitter”ində deyilir.
Bundan əvvəl ölkənin rabitə naziri Roksana Lisarraga prezidentin qarşıdakı seçkilərdə iştirak etmək qərarına etiraz əlaməti olaraq istefa verib.
Tagged
Boliviya