QR CodeQR Code

Boliviyanın müvəqqəti prezidenti hökuməti istefaya göndərib

27 Jan 2020 13:34

İslamTimes: Boliviyanın müvəqqəti prezidenti Janin Anyes hökuməti istefaya göndərib


“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Boliviya Dövlət Radio və Televiziyası (RTP) məlumat yayıb.
Qeyd olunub ki, Janin Anyes yaxın gələcəkdə Nazirlər Kabinetinin yeni tərkibini təqdim edəcək.
“Prezident Janin Anyes nazirlərin istefası üçün vəsatət qaldırıb. O, qarşıya qoyulan hədəflərə çatmaq üçün hökumət komandasını ən qısa müddətdə təsdiqləyəcək” - televiziyanın “Twitter”ində deyilir.
Bundan əvvəl ölkənin rabitə naziri Roksana Lisarraga prezidentin qarşıdakı seçkilərdə iştirak etmək qərarına etiraz əlaməti olaraq istefa verib.


Story Code: 840964

News Link :
https://www.islamtimes.org/az/news/840964/boliviyanın-müvəqqəti-prezidenti-hökuməti-istefaya-göndərib

Islam Times
  https://www.islamtimes.org