QR CodeQR Code

Suriya ordusu Ən-Nüsrə cəbhəsini mühasirəyə aldı

IslamTimes , 27 Jan 2020 20:30

İslamTimes: Suriyada ordu strateji əhəmiyyətli Mearat ən-Numan şəhəri ətrafında irəliləmələri davam etdirir.


Sputnikin verdiyi məlumata əsasən, Suriya ordusu bu gün günortadan sonra ciddi irəliləyiş əldə edərək, Əl-Həmidiyyə, Bəsida və Babulin qəsəbələrini terroristlərdən təmizləməyə müvəffəq olub. Bu qəsəbələr Mearat ən-Numan və Xan Şeyxun şəhərlərinin kəsişmə nöqtəsində yerləşdiyindən olduqca mühüm qəsəbələrdəndir. Bu nailiyyətdən sonra artıq Mearat ən-Numan şəhəri 3 səmtdən mühasirəyə alınmış oldu. 
Suriya ordusu son 2 gün ərzində 10 qəsəbəni terrorçulardan təmizləyərək böyük uğura nail olub və Ən-Nüsrə terrorçuların əsas qərargahlarından olan Mearat ən-Numan şəhərini mühasirəyə alıb.


Story Code: 841064

News Link :
https://www.islamtimes.org/az/news/841064/suriya-ordusu-ən-nüsrə-cəbhəsini-mühasirəyə-aldı

Islam Times
  https://www.islamtimes.org