QR CodeQR Code

ABŞ öz səfirliyini vurub?

IslamTimes , 27 Jan 2020 21:12

İslamTimes: Həşd əl-Şəbi: ABŞ səfirliyinə edilən hücumla heç bir əlaqəmiz yoxdur


Həşd əl-Şəbi Müqavimət Hərəkatı bildirib ki, bazar ertəsi günü ABŞ-ın Bağdaddakı səfirliyini hədəf alan qrupun Müqavimət Hərəkatı ilə heç bir əlaqəsi yoxdur.

Həşd əl-Şəbinin müavini Əbu Əli əl-Bəsri deyib: "Həşd əl-Şəbi Müqavimət Hərəkatı İraq Təhlükəsizlik qüvvələri ilə bir otaqda fəaliyyət göstərir. Biz birlikdə təhlükəsizlik məsələləri ilə bağlı qərarlar qəbul edirik, terrorizm əleyhinə mübarizə aparırıq!"

Qeyd edək ki, Həşd əl-Şəbi rəsmisinin bu açıqlamasından sonra İraqın Sadequn fraksiyasının üzvü bildirib ki, Amerikanın Bağdaddakı səfirliyinə raket hücumunda ABŞ və İsrailin özünün əli var.

Güman edilir ki, rəsmi Vaşiqnton ABŞ Silahlı Qüvvələrinin Bağdadda saxlanılmasına nail olmaq üçün bu addımı atıb. Onlar öz səfirliklərinə hücum etməklə İraqdakı ABŞ səfirliyinin təhlükə ilə üz-üzə olduğunu və səfirliyinin təhlükəsizliyini təmin etmək məcburiyyətində qaldıqlarını göstərmək istəyirlər.


Story Code: 841074

News Link :
https://www.islamtimes.org/az/news/841074/abş-öz-səfirliyini-vurub

Islam Times
  https://www.islamtimes.org