0
Tuesday 28 January 2020 - 12:23

BMT şiə dünyası alimlərinin sabitlikdəki əvəzsiz rolunu etiraf edir

Story Code : 841175
BMT şiə dünyası alimlərinin sabitlikdəki əvəzsiz rolunu etiraf edir
BMT-nin İraqdakı nümayəndəsi Hennis Plasschaert, bu səhər Ayətullah Sistaninin Nəcəf-Əşrəfdəki ofisinə göndərdiyi məktubda ona sağlamlıq arzulayıb və alimin sərgilədiyi mövqelərin təqdirə layiq olduğunu bildirib.
Əl-Məlumə informasiya agentliyi bildirir ki, gül buketi ilə birlikdə Ayətullah Sistaninin ofisinə təhvil verilən məktubda yazılıb:
"BMT ailəsinin İraqdakı nümayəndəsi olaraq zati-alinizin tez bir zamanda sağlamlığa qovuşmanızı arzu edirəm. Sizin səsiniz məntiqin səsidir, qəbul etdiyiniz qərarlar son dərəcə mühümdür."
Qeyd edək ki, 16 yanvar tarixində Ayətullah Sistani sol ayağının bud nahiyəsindəki sınıq səbəbindən cərrahiyyə əməliyyatı edilmişdi.
Source : IslamTimes