QR CodeQR Code

ABŞ səfirliyinə raket hücumu BƏƏS üzvləri və ekstremistlər tərəfindən olub!

IslamTimes , 28 Jan 2020 14:14

İslamTimes: İraqın keçmiş millət vəkili Casim Məhəmməd Cəfər 26 yanvar tarixində Bağdadın Yaşıl Bölgəsindəki ABŞ səfirliyinə raket hücumu ilə bağlı açıqlama verib


İraqın keçmiş millət vəkili Casim Məhəmməd Cəfər 26 yanvar tarixində Bağdadın Yaşıl Bölgəsindəki ABŞ səfirliyinə raket hücumu ilə bağlı açıqlama verib. O bu raket hücumunun arxasında Bəəsçilər və sünni ekstremistlərin dayandığını söyləyib.
O "Əl-Məlumə" informasiya agentliyi ilə müsahibəsi zamanı deyib: "Ekstremistlər və Bəəs üzvləri Fars körfəzi ölkələrini qıcıqlandırmaq ardınca idi. Onlar İraq Müqavimət Hərəkatı ilə ABŞ arasında yaranmış gərginlikdən sui-istifadə edərək, ABŞ səfirliyini raket atəşi ilə hədəfə alıblar..."
Sabiq millət vəkili əlavə edib: "Raket hücumunda BƏƏS üzvləri və sünni ekstremistlərin izi aşkar olunub. Bu iki qrup uyğun raket hücumundan faydalanan yeganə tərəfdir. Müqavimət Hərəkatının bəyanat yayaraq, ABŞ səfirliyinin vurulmasında rolu olmadığını bildirməsi həqiqətin üzə çıxmasında təsirsiz deyildi. Müqavimət Cəbhəsi bildirdi ki, belə hücumlarla heç zaman İraq hakimiyyətini çıxılmaz vəziyyətdə qoymağa razı olmaz!"


Story Code: 841195

News Link :
https://www.islamtimes.org/az/news/841195/abş-səfirliyinə-raket-hücumu-bəəs-üzvləri-və-ekstremistlər-tərəfindən-olub

Islam Times
  https://www.islamtimes.org