QR CodeQR Code

Rusiyada sərnişin təyyarəsi qəza enişi edib

28 Jan 2020 16:30

İslamTimes: Rusiyada "Embraer-170" sərnişin təyyarəsi təcili eniş edib.


APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, "Embraer-170" sərnişin təyyarəsi Novosibirskin "Tolmaçevo" hava limanına təcili eniş edib. Bu barədə Sibir Nəqliyyat Prokurorluğunun nümayəndəsi məlumat verib.

"Sibir Hava Yolları"na məxsus təyyarədə meydana çıxan texniki nasazlıq barədə həyəcan siqnalı verildikdən sonra təyyarə hava limanına geri qayıtmaq qərarı verib", - deyə nümayəndə bildirib.

Təyyarədə 77 sərnişin və iki ekipaj üzvü olub.

İlkin məlumata görə, Novosibirsk - Yekaterinburq reysi ilə uçan təyyarənin qanadlarında problem yaranıb.


Story Code: 841228

News Link :
https://www.islamtimes.org/az/news/841228/rusiyada-sərnişin-təyyarəsi-qəza-enişi-edib

Islam Times
  https://www.islamtimes.org