0
Tuesday 28 January 2020 - 18:18

Fələstin müqavimət qrupları Fələstinin hər yerində qəzəb günü keçirəcək

Story Code : 841242
Fələstin müqavimət qrupları Fələstinin hər yerində qəzəb günü keçirəcək
Byu müraciət komissiyanın bu gün Fəth hərəkatının Qəzzadakı ofisində təşkil edilən və ABŞ-ın açıqlaması gözlənilən "Əsrin müqaviləsi" planına qarşı mübarizə üçün kütləvi və əhatəli tədbirlər mövzusunun müzakirə edildiyi fövqəladə toplantıdan sonra edilib.
 
Fəth təşkilatının liderlərindən İmad Əl-Ağa toplantıya qatılan qrupları adından verdiyi bəyanatda bunları qeyd edib: “Trampın planı xalqımıza və mübarizəmizə qarşı qurulan ABŞ planlarının halqalarından biridir. Burada Fələstin xalqı içində bu planın rədd edilməsi mövzusunda ittifaq vardır. Bu plana qarşı, onu etibarsız edənə qədər bütün yollarla mübarizə etməkdə israrlıyıq”.
 
O, Fələstin xalqının milli hüquqlarının heç birindən imtina etməyəcəyini, gələcəyini təyin etmə, paytaxtı Qüds olan müstəqil Fələstin dövlətini qurmaq və qaçqınların vətənlərinə dönmələri mövzusunda israrlı olduğunu qeyd edib.
 
İmad Əl-Ağa ABŞ-ın bu planı açıqlamaqla, eyni zamanda Fələstin xalqına düşmənliyini da elan etmiş olacağını vurğulayıb.
Source : Deyerler
Comment