0
Tuesday 28 January 2020 - 17:10

Sanders Boltonu Senatda dinləməyə çağırdı

Story Code : 841248
Sanders Boltonu Senatda dinləməyə çağırdı
ABŞ Demokrat Partiyasından olan əsas namizədlərdən biri, Trampın Senatda impiçmenti zamanı prezidentin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun ifadələrini dinləməyə çağırdı. Berni Sanders, Boltonun, ABŞ prezidentinin Kiyevə 391 milyon dollarlıq hərbi yardımın dayandırılması haqda verdiyi sərəncamlarının “Nyu-York Tayms” qəzetindən götürülmüş hissələrini öz səhifəsində yerləşdirərək bəzi tələblər edib.
Sanders belə danışıb: “Con Bolton, Trampın ona “Ukrayna qapıları” istintaqında kömək etməyənə qədər Ukraynaya hərbi yardım qadağasını qaldırmayacağını söylədiyini iddia edir. Senat, Boltonu impiçment prosesində şahid kimi dinləməlidir”. “Nyu-York Tayms” qəzetinin verdiyi məlumata görə, Demokratlar, Trampın impiçment məhkəməsində, Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonu ifadə verməsinə uzun müddətdir ki, cəhd edir. O, yazdığı kitabda ABŞ prezidentinə qarşı açıq-aşkar izahatlar verib. Kitabda Bolton, ABŞ prezidentinin 2019-cu ilin avqust ayında ona Ukraynaya 391 milyon dollarlıq hərbi yardımın dayandıracağını yazıb. Bolton qeyd edir ki, Tramp bunu Ukraynanı, Trampın 2020-ci il seçkisində ən ciddi rəqibi olan Demokrat namizəd Co Baydenin oğluna qarşı istintaq araşdırmasını aparmağa məcbur etmək üçün edib.
Nümayəndələr Palatasında Demokratların çoxluğu ilə qəbul edilən Trampın impiçment iddiasında qərar qəbul edərkən, Demokratlar 11 düzəliş təklif edib, bunlardan biri Con Boltonun milli təhlükəsizlik üzrə məsləhətçisi kimi ifadə verəsidir, lakin Respublikaçılar təklif olunan bütün düzəlişləri blok edib. Trampın impiçment məhkəməsində rəsmi məhkəmə iclası ötən çərşənbə axşamı başladı və Nümayəndələr Palatasını təmsil edən prokurorlar iki gün - "vəzifə səlahiyyətlərindən sui-istifadə" və "Konqresə maneə törətmə" ittihamları ilə müzakirə edilib. Bundan sonra Trampın müdafiəçiləri şənbə günü üç saat çıxış edib. Müdafiə bazar ertəsi öz işini davam etdirib. Trampın Senatdakı prezidentliyindən uzaqlaşdırılması 67 səs tələb edir, bu, respublikaçıların Senatda çoxluğuna (53 yer) sahib olması üçün az ehtimallı görünür. /Deyerler/