QR CodeQR Code

"Əsrin müqaviləsi" İslam ölkələrində ciddi etiraz dalğasına səbəb olacaq

IslamTimes , 28 Jan 2020 21:19

İslamTimes: Tramp "Əsrin müqaviləsi" planı ilə ABŞ və işğalçı İsraili yeni bataqlığa doğru sürükləyir!


Trampın "Əsrin müqaviləsi" adlandırdığı planının siyasi mərhələsinin başlanmasını elan etməsi ilə İslam ölkələrində ciddi etiraz dalğası başlayıb. Bu plana ilk etirazlar elə Fəlsətinin daxilindən olub. Belə ki, Fələstinin bütün siyasi və müqavimət qrupları bildirib ki, bu biabırçı plan heç zaman gerçəkləşməyəcək! Bununla yanaşı Qərb Sahilindəki müxtəlif şəhərlərdə o cümlədən Qəzza zolağında qəzəbli Fələstin xalqı ABŞ-ın bu axmaq planına etiraz ediblər.
Hal-hazırda Fələstinin müxtəlif şəhərlərində küçələrə axışan insanlar Sionist rejimi qorxuya salıb. İnsanların sayı o qədər çoxdur ki, İsrailə qarşı yeni etiraz dalğasının baş qaldırmaması üçün sionist rejim ordusu hərbçilərini müxtəlif nöqtələrdə yerləşdirib. İşğalçı İsrail rejimi rəsmiləri "Əsrin müqaviləsi" planı ortaya çıxdıqdan sonra bildirmişdilər ki, bu plan Fələstin əhalisinin ciddi etirazına səbəb ola bilər. Bunun üçün də İsrail ordusu tam hazır vəziyyətdə olmalıdır. 
Trampın ABŞ-ın çökmüş imicini bu planla daha da qorxunc bir hala salması onun şəxsi imicinə də ciddi zərbə olub. Hazırda Livan, İraq, İran, Yəmən, Fələstin və digər müsəlman ölkələrində ABŞ-ın "Əsrin müqaviləsi" adlandırdığı biabırçı plana ciddi etirazlar davam edir.


Story Code: 841271

News Link :
https://www.islamtimes.org/az/news/841271/əsrin-müqaviləsi-islam-ölkələrində-ciddi-etiraz-dalğasına-səbəb-olacaq

Islam Times
  https://www.islamtimes.org