0
Wednesday 29 January 2020 - 15:55

Fələstin səfirliyi “Əsrin sövdələşməsi”ni qondarma sənəd hesab edir

Story Code : 841407
Fələstin səfirliyi “Əsrin sövdələşməsi”ni qondarma sənəd hesab edir
Səfirlikdən APA-ya daxil olan açıqlamada bildirilir ki, dünən ABŞ Prezidenti və İsrail Baş nazirinin iştirakı ilə beynəlxalq hüquqa, BMT Baş Assambleyası, Təhlükəsizlik Şurası, Beynəlxalq Ədalət Məhkəməsinin qəbul etdiyi 160-dan çox qətnaməyə açıq-aşkar zidd olan “Əsrin sövdələşməsi” adlı qondarma sənəd təqdim olunub.

Açıqlamada qeyd olunur ki, sənəd işğalçı İsrailin siyasi spektrindəki ultra sağ qüvvələrdən ibarət koalisiyasının ideoloqları və Netanyahunun təxəyyülünün məhsuludur, ABŞ-ın hazırkı prezidentinin administrasiyası isə bu sənədin qəbulunu daha da təşviq edib.

Səfirlik bəyan edir ki, sözügedən sənəddə Fələstinin tarixi torpaqlarında qeyri-qanuni fəaliyyətin davam etdiriləcəyi ehtiva olunur.

Açıqlama Fələstin lideri Mahmud Abbasın sitatı ilə yekunlaşır: “Mən Trampa və Netanyahuya demək istəyirəm. Qüds satılmır, bizim bütün hüquqlarımız satılmır. Sizin sazişiniz və konspirasiyanız keçməyəcək”.