QR CodeQR Code

Quterreş “Əsrin müqaviləsi” biabırçılığına reaksiya verdi

29 Jan 2020 19:29

İslamTimes: BMT-nin Baş katibi Antonio Quterreş ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq münaqişəsinin "nizamlamasına" dair planına münasibət bildirib.


Axar.az xəbər verir ki, Baş katib ABŞ-ın hazırladığı "Əsrin müqaviləsi" planını deyil, BMT-nin Təhlükəsizlik Şurasının və Baş Assambleyanın Yaxın Şərqdə sülh məsələləri ilə bağlı qərarlarını rəhbər tutacağını deyib.
“Birləşmiş Millətlər Təşkilatı İsrail və Fələstinin 1967-ci ildən əvvəl mövcud olan sərhədlər çərçivəsində dinc yanaşı yaşamaq prinsipini əks etdirən müvafiq qətnamələri əsasında münaqişənin nizamlanması istiqamətində səylərini davam etdirəcək”, – A.Quterreş qeyd edib.

 


Story Code: 841471

News Link :
https://www.islamtimes.org/az/news/841471/quterreş-əsrin-müqaviləsi-biabırçılığına-reaksiya-verdi

Islam Times
  https://www.islamtimes.org