0
Wednesday 29 January 2020 - 21:30

Bağdad NATO-nun icazəsiz fəaliyyətlərini qadağan etdi

Story Code : 841478
Bağdad NATO-nun icazəsiz fəaliyyətlərini qadağan etdi
İraq Silahlı Qüvvələrinin sözçüsü NATO-nun bu ölkədəki fəaliyyətləri ilə bağlı açıqlama verib: Bundan sonra NATO yalnız rəsmi Bağdadın icazəsi ilə fəaliyyət göstərə bilər.
İraq Silahlı Qüvvələrinin sözçüsü Əbdül Kərim Xələf Sputnik xəbər agentliyinə deyib: Bağdadda NATO məsulları ilə görüşdə yeni münasibətlər müzakirə ediləcək. İraq hökuməti NATO ilə müəyyən şərtlər daxilində əməkdaşlıq etməyi planlaşdırır. Hələ ki, NATO ilə İraq hökuməti 2012-ci il müqaviləsi əsasında əməkdaşlıq edir. İraq mövcud müqavilədə milli mənafelərin təmin olunmasını nəzərdə tutur. Rəsmi Bağdad daha çox hərbi təlim çərçivəsində NATO ilə əməkdaşlıq etmək istəyir. NATO-nun istənilən fəaliyyəti İraq hökuməti ilə razılaşdırılmalıdır.
General Qasim Süleymaninin şəhadətindən sonra NATO İraqdakı fəaliyyətlərini dayandırdığını elan edib.
 
Source : IslamTimes