0
Wednesday 29 January 2020 - 23:00

"Trampın layihəsi əsrin müqaviləsi yox, əsrin quldurluğudur"

Story Code : 841485
"Trampın layihəsi əsrin müqaviləsi yox, əsrin quldurluğudur"
Amerikanın Alabama Universitetinin professoru Nadir İntisar Trampın sülh layihəsi adlandırdığı və dünyanın “Əsrin sövdələşməsi” kimi tanıdığı layihəyə münasibət bildirib. 
Tramp sionist rejimin baş naziri Netanyahu ilə birlikdə əsrin sövdələşməsi layihəsini təqdim edib. Tramp deyib ki, bu layihə Fələstinlə İsrail arasında sülh üçün ən real layihədir. Layihə elə bir şəraitdə təqdim olunub ki, ABŞ Senatı Trampın impiçmentini müzakirə edir, Netanyahuya qarşı 3 cinayət işi açılıb. Alabama Universitetinin professoru əslində Fələstin torpaqlarının işğalını nəzərdə tutan və bu işğalı legitimləşdirən layihəni tənqid edib. O deyib: Trampın təqdim etdiyi layihə “Əsrin Müqaviləsi” yox, “Əsrin quldurluğudur”. Layihəyə əsasən Qüds İsrailin bölünməz paytaxtıdır. Tramp həm də Qərb Sahilini İsrail ərazisi kimi tanıdığını bəyan edib.
 
Source : IslamTimes