0
Thursday 30 January 2020 - 08:39

Çavuşoğludan İsrailə cavab: "Türkiyə oyunları pozur..." - Açıqlama

Story Code : 841538
Çavuşoğludan İsrailə cavab: "Türkiyə oyunları pozur..." - Açıqlama
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Şavuşoğlu İsrailin “Makor Rişon” qəzetində Türkiyə Milli Kəşfiyyat Xidmətinin (MİT) rəhbəri Hakan Fidan barədə çıxan məqalə haqqında danışarkən deyib.

Nazir bildirib ki, İsraillə əlaqələr ortadadır: “Ancaq bizim İsraili hədəfə alan, İsrailə düşmənçilik məqsədi güdən kəşfiyyat fəaliyyətimiz yoxdur. Kəşfiyyatımız nə edir? Onların bu kimi fəaliyyətlərini ortaya çıxarır. Eyni şəkildə bir çox oyunu pozaraq şərtləri dəyişdirir. Güclü şəkildə hərəkət edirik. İlk dəfə gerçək türk kəşfiyyatı belə bir siyasət aparır. Oyunları ya pozur, ya da aydınlığa çıxarır. Osmanlı dövründə olduğu kimi”.

Xatırladaq ki, iki gün əvvəl İsrail mediası Türkiyə Milli Kəşfiyyat Xidmətinin (MİT) rəhbəri Hakan Fidanı hədəfə alan məqalə yayıb. “Makor Rişon” qəzeti “Sultan və Süleymani” başlıqlı məqaləsində Hakan Fidan haqqında bəzi iddialar irəli sürüb. Bu ayın əvvəlində İraqda öldürülən İran İnqilab Keşikçiləri Korpusunun “Qüds” birqadasının komandanı Qasım Süleymani ilə Hakan Fidanı bir-birinə bənzədən məqalədə iddia edilir ki, bu şəxslərin hər ikisi İraq və Suriyada ölkələrinin adından müharibə aparır.