QR CodeQR Code

Konqoda silahlı qruplaşmalar azı 30 dinc sakini öldürüblər

30 Jan 2020 09:40

İslamTimes: Konqo Demokratik Respublikasının şərqindəki dörd yaşayış məntəqəsində son 48 saat ərzində azı 30 nəfər “Demokratik Qüvvələr Alyansı” terrorçu qruplaşmasının silahlıları tərəfindən öldürülüb.


APA xəbər verir ki, bu barədə “Reuters” yerli rəsmi dairələrə istinadən məlumat yayıb.
Bildirilir ki, hücumlar Şimali Kivu əyalətindəki Beni dairəsinin qərbində törədilib.
Bundan əvvəl yerli “Actualite” portalının verdiyi məlumata görə, silahlı qruplaşmalar Beni dairəsində iki kəndə hücum edərək azı 15 dinc sakini öldürüblər.


Story Code: 841541

News Link :
https://www.islamtimes.org/az/news/841541/konqoda-silahlı-qruplaşmalar-azı-30-dinc-sakini-öldürüblər

Islam Times
  https://www.islamtimes.org