QR CodeQR Code

Ermənilər Qarabağda konfrans keçirəcək

islamtimes , 10 Jul 2011 22:26

Reporter :

Islamtimes - Konfransa qatılan bir neçə xarici dövlətlərə Azərbaycan tərəfinin heç bir etirazı olmayıb.


islamtimes.org/az/ - İyulun 11-də Ermənistan Milli Elmlər Akademiyası ″Dinamik Sistemlə İdarəçilik” adlı beynəlxalq konfransa başlayacaq. Erməni mətbuatının verdiyi xəbərə görə 14-15 iyulda konfrans öz işini Xankəndindəki Qarabağ Dövlət Universitetində davam etdirəcək.

ABŞ, Kanada, Fransa, Rusiya, Çernogorya, Belarusyadan mütəxəssislər Erməni elm adamlarıyla birlikdə müasir dinamik sistem nəzəriyyəsinin aktual problemlərini müzakirə edəcəklər.

Konfrans EUBA Riyaziyyat İnstitutu, İnformasiya Problemləri İnstitutu, Rusiya Elmlər Akademiyası Mərkəzi iqtisadiyyat-Riyaziyyat İnstitutu, İrəvan Dövlət Universiteti və Qarabağ Dövlət Universiteti tərəfindən təşkil edilir.

Konfransa qatılan bir neçə xarici dövlətlərə Azərbaycan tərəfinin heç bir etirazı olmayıb. Bu ölkələrin vətəndaşlarının Azərbaycanın işğal altında olan torpaqlara onun icazəsi olmadan ayaq basmaları beynəlxalq qanunlara ziddir. İnanırıq ki, rəsmi Bakı bu haqda öz mövqeyini bildirəcək.


Story Code: 84165

News Link :
https://www.islamtimes.org/az/news/84165/ermənilər-qarabağda-konfrans-keçirəcək

Islam Times
  https://www.islamtimes.org