QR CodeQR Code

Əsrin saxtakarlığı planının xəritəsi

Deyerler , 31 Jan 2020 18:13

İslamtimes - ABŞ-ın prezidenti Donald Trampın qondarma Yaxın Şərq sülh planı ilə bağlı məlumatlar mətbuatda paylaşılıb.



Deyerler.org YDH-yə istinadən xəbər verir ki, Trampın aylardır üzərində işlənilən 181 səhifəlik qondarma Yaxın Şərq sülh planında müxtəlif xəritələr də var. Bu xəritələrdə Fələstin tərəfinin razılığı qəbul edəcəyi təqdirdə, Fələstin dövlətinin necə qurulası da nəzərdə tutulur.
 
Xəritədə yaşıl rənglə qeyd olunan kantonların gələcək Fələstin dövləti olduğu bildirilir. Yaşıl sahənin içində isə, İsrail rejiminin yumru çəkilmiş qeyri-qanuni məskunlaşma yerləri var. Bunlar “mühasirəyə alınmış icmalar” kimi təsvir edilmişdir. Onlardan 15-i xəritədə göstərilsə də, bunun hamısını əhatə etmədiyi bildirilir.
 
Xəritədə, gələcək Fələstin dövlətinin torpaqları olaraq göstərilən bölgələrin əslində anklavlar kimi mövcud Fələstin torpaqları olduğu görünür.
 
Parçalanmış Fələstin və yəhudi icmaları yollar birləşdirir. Fələstinlilərə ayrılan bəzi bölgələr isə, körpü və tünellərlə bir-birinə bağlanır. Ən çox diqqət çəkən məqam Qəzza ilə İordan çayının qərb sahili arasındakı tuneldir.
 
Xəritədə, Qəzzanın cənubundakı Neqev çölündə yüksək texnologiyalı istehsalat sənaye zonası və yaşayış və kənd təsərrüfatı zonası qeyd edilib. Ancaq bu bölgələrin İsrail rejiminə və ya Fələstinə veriləcəyi bildirilmir.
 
Fələstin ərazilərini birləşdirən bütün yollar kifayət qədər dar saxlanılır.
 
Fələstin kantonlarına qonşu, ya da birbaşa içində dörd ədəd üçbucaq görünür. Strateji ərazilər olduğu bildirilən bu üçbucaqların İsrail rejiminin hərbi bazaları olduğu təxmin edilir.
 
Aralıq dənizi sahillərində Hayfa və Aşdodda böyük liman simvolları var. Fələstinlilərin bu limanlara girə biləcəyi qeyd edilir.
 
İsrail rejiminin xəritəsində böyük bir ulduzla göstərilən Qüds, Fələstin xəritəsində nöqtə ilə göstərilir. Plana görə, Fələstin dövlətinin paytaxtı, mövcud olan təhlükəsizlik divarının şərqi və şimalında yerləşən Şərqi Qüds hissəsində, Kafr Əqəbə, Şuafatın şərqi və Əbu Disi içinə alan kiçik bir bölgə.
 
Buraya Qüds və ya Fələstin dövlətinin təyin edəcəyi bir adın da verilə biləcəyi qeyd edilir. Qüdsün, təhlükəsizlik divarının qərbində bütöv şəkildə və İsrail rejimində qalacağı bildirilir.
 
Xəritəyə görə, Əl-Əqsa məscidinin vəziyyəti qorunur. Ancaq sülh içində gələn bütün müsəlmanlar Əl-Əqsa məscidini ziyarət və orada ibadət edə bilər qeydi var.
 
Xəritələrdə də sərhədlərin aydın olmadığı barədə xəbərdarlıq edilib. Livan sərhədinin, 1949-cu ildəki atəşkəs sərhədi ilə göstərilməsi bunu təsdiqləyir.
 
Müqavilədə, Fələstin torpaqlarının indikilər iki qatından çoxuna çıxması, Fələstində 50 milyard dollar sərmayə edilməsi, 10 ildə 1 milyon məşğulluq yaradılması və ÜDM-nin üç qatına çıxarılması kimi maddələr gözə dəyir.
 
Hazırlanma mərhələsində fələstinlilərlə müzakirə edilməməsi, planla bağlı ən böyük tənqid oldu.
 
Müqavilədə diqqət çəkən digər məqamlar, Fələstinin İordan çayının qərb sahilindəki sionist məskunlaşma yerlərinə İsrail rejiminin suverenliyini tanıması müqabilində 4 illiyinə qəsəbə inşaat fəaliyyətlərinin dayandırılması idi.
 
Ancaq Fələstinin əsgərsiz dövlət olmasını nəzərdə tutan plana görə, İordan çayının qərbində təhlükəsizliyə görə, İsrail rejimi məsuliyyət daşımağa davam edəcək, yəni işğalçı ordunun özbaşınalıqları davam etdiriləcək. Deyerler.org
 
Əsrin saxtakarlığı planının xəritəsi
Əsrin saxtakarlığı planının xəritəsi
Əsrin saxtakarlığı planının xəritəsi
 


Story Code: 841814

News Link :
https://www.islamtimes.org/az/news/841814/əsrin-saxtakarlığı-planının-xəritəsi

Islam Times
  https://www.islamtimes.org