QR CodeQR Code

Sionist hərbiçiləri Əl-Əqsa məscidinə hücum edib

Deyerler , 31 Jan 2020 18:17

İslamtimes - Çərşənbə günü sionist hərbçiləri Əl-Əqsa məscidinə hücum edib. Sionist hərbçiləri məscidə girərək, ibadət edən inanclı fələstinliləri müqəddəs məkandan qovdular. Sionist hərbçiləri, onların hücumuna qarşı çıxan fələstinliləri sıxışdıraraq həbs edib. Sionist hərbçiləri fələstinliləri Əl-Əqsa məscidindən qovduqdan sonra, bu məscidin bütün qapılarını o cümlədən Qüdsün qədim hissəsinin qapılarını da bağlayıb.


"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, sionist hərbçilərinin bu hərəkətləri ABŞ prezidentinin Ağ Evdə "əsrin müqaviləsi" adı altında planının yayılmasından bir gün sonra törədilib. Tramp, çərşənbə axşamı Ağ Evdə İsrail rejiminin baş naziri Benyamin Netanyahunun "əsrin müqaviləsi" adlanan qondarma ABŞ planını ortaya qoyub.
 
"Əsrin müqaviləsi", Səudiyyə rejimi də daxil olmaqla, bir neçə ərəb ölkəsinin əməkdaşlığı ilə hazırlanan, Fələstin xalqının hüquqlarını pozmaq üçün ABŞ-ın yeni bir hiylə planıdır. Bu plan müqəddəs Qüdsü sionist rejimə təhvil verir, müqavimət qüvvələrinin döyüşməsini qadağan edir və fələstinli qaçqınları ölkələrinə qayıtmaq hüququndan məhrum edir. Bu plana əsasən, Fələstin yalnız Qərbi Şəriyədə və Qəzza zolağında qalan torpaqlara sahib olacaq.
 
Bütün fələstinli qruplar və hərəkatlar bu planla razılaşmadıqlarını bəyan etdilər. Dünyanın bir çox ölkəsi, bütün dünyada, xüsusən İslam dünyasında olan siyasi və din xadimləri bu planı kəskin şəkildə qınayır.
 


Story Code: 841816

News Link :
https://www.islamtimes.org/az/news/841816/sionist-hərbiçiləri-əl-əqsa-məscidinə-hücum-edib

Islam Times
  https://www.islamtimes.org